Caucasus Nights

Biz, Caucasus Nights komandası olaraq, oyunumuzun hazırlanmasına 2020’ci ildə start vermişik. Siz dəyərli dostlarımız, Bu oyunda Bakıdakı müxtəlif rayonlarda və şəhər mərkəzində əylənə bilərsiniz. Bu oyun Azərbaycanda bir ilk ilə yanaşı, birçox Azərbaycanlının uşaqlıq xəyallarını gerçəkləşdirir, səbəbi isə bu oyunda sizlər online bir şəkildə dostlarınızla avtomobil görüşləri, müxtəlif maraqlı və əyləncəli yarışlar və həmçinin unudulmaz xeyli anlar yaşaya bilərsiniz. Qeyd edək ki, oyunda hər tərzdən müxtəlif avtomobillər, redaktə edə biləcəyiniz qeydiyyat nişanları və sizinlə eyni zamanda oynayan xüsusi polislər olacaq və əlbəttə oyuna öz gözəlliklərini və reallıqlarını qatacaqlar. Oyunda yol qaydalarına riayət etməyiniz və digər sürücülər ilə xoş rəftar etməyiniz tövsiyyə olunur, indidən təşəkkürlər! Xoş oyunlar, xoş istirahətlər!

Steam'i Başlat Steam